Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqi axşamları” layihəsi çərçivəsində əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin iştirakı ilə xeyriyyə konserti keçirilib. Bu haqda bu gün, 12 mart tarixində Azərtac məlumat verib.
Konsert proqramında Səid Rüstəmovun “Gəlmədin”, Tofiq Quliyevin “Arzular”, P.Axundovanın “Salam, Şuşa”, F.Cileanın “Adriana Lecouvreur” operasından Adriananın ariyası, C.Puccininin “La Rondine” operasından Maqdanın ariyası, S.Raxmaninovun “Vokalist”, həmçinin F.Şopen, F.Şubert və digər əsərləri səsləndirilib.
Xeyriyyə konsertindən əldə olunan gəlir YAŞAT Fonduna köçürüləcək.