Dünya Fotoqrafiya Günü münasibətilə “İçərişəhərin həyatı” foto müsabiqəsi başlanılıb. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir.
Arzu edənlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin müsabiqəsində fotoqraf və ya mobiloqraf kimi 2 kateqoriyada iştirak edə bilərlər.
Mövzuya uyğun olaraq, 2 ədəd fotoşəkil 10 sentyabr saat 18:00-a qədər qeydiyyat anketi ilə birgə elektron ünvana göndərilməlidir.
Əlavə sualları “İçərişəhər” Qoruq İdarəsinin sosial media kanallarından öyrənmək olar.
Şərtlər və qaydalar haqda əlavə məlumatı İçərişəhərin rəsmi saytından əldə etmək olar.