“Suraxanı” gəmi-muzeyində açıq qapı günü keçiriləcək. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az muzeyə istinadən xəbər verir.
25 iyun - Beynəlxalq Dənizçilər Günü ilə əlaqədar dünyanın ilk tanker-muzeyinə giriş ödənişsiz olacaq.
“Suraxanı” gəmi-muzeyi 10 sərgi zalından ibarətdir. Burada Xəzər dənizinin tarixi, neft çıxarılması, müxtəlif tarixi texnikalar görmək mümkündür. Həmçinin muzeydə restoran da fəaliyyət göstərir.