Paytaxtın Xətai rayonunda konsert keçiriləcək. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbir 4 noyabr saat 17:00-da Heydər Əliyev adına parkda yerləşən amfiteatrda baş tutacaq.
Konsert Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunacaq. Giriş sərbəstdir.