Bakı Musiqi Akademiyasında Xalq yazıçısı Anarın yaradıcılıq gecəsi keçiriləcək. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Mədəniyyət xadiminin 85 illiyinə həsr olunmuş gecədə korifeyin dostları və həmkarları da iştirak edəcəklər. Biletlər artıq satışdadır.
Tədbir 22 oktyabr saat 20:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında saat 20:00-22:00 arası baş tutacaq. Biletlərin qiyməti 10-39 AZN arası dəyişir.