“YARAT”da “Qadın bəşəriyyətin başlanğıcı kimi” mövzusunda müzakirələr aparılacaq. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az İncəsənət Mərkəzinə istinadən xəbər verir.
Fikir mübadiləsində heykəltaraş İslam Həsənəlizadə və müstəqil tədqiqatçı Əfsanə Tahirova iştirak edəcəklər. Moderator Mina Abbasovadır.
Əfsanə Tahirova Azərbaycan, Böyük Britaniya və Avstraliyada təhsil alıb. O, fərdi və kollektiv kimlik mövzusunu araşdırır. İncəsənəti kimlik ifadəsi vasitələrindən biri kimi tədqiq edir.
İslam Həsənəlizadə rəssam və heykəltaraşdır. Onun əsərləri Almaniya, Fransa, İtaliya və Yunanıstanda keçirilən qrup sərgilərində nümayiş olunub.
Tədbir 13 iyul saat 19:00-da Azərbaycan Rəngkarlığı Muzeyinin 2-ci mərtəbəsində keçiriləcək. Giriş sərbəstdir. Əlavə məlumat üçün 050 251 41 15 nömrəsi ilə əlaqə saxlamaq olar.