AQTA Bakıda tanınmış qida və ticarət obyektlərini cərimələyib. Bu haqda 26 avqust tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
AQTA Bakıda yerləşən bir sıra ticarət və ictimai iaşə müəssisələrində
planlı və plandankənar yoxlamalar aparıb.
Yoxlama zamanı nöqsanlar aşkar edilmiş obyektlərin siyahısı:
- Qaradağ rayonu - “Nəriman” market;
- Qaradağ rayonu - “ML” market;
- Suraxanı rayonu - “Elnur” market;
- Suraxanı rayonu - “Xəyal” market;
- Suraxanı rayonu - “Oba” market;
- Suraxanı rayonu - “Çayka pub”;
- Suraxanı rayonu - “Faxralı”;
- Suraxanı rayonu - “Xram” çay evi;
- Nərimanov rayonu - “Spar” market;
- Səbail rayonu - “Friends” kafesi.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.