Azərbaycan Texniki Universitetinin (AzTU) professoru vəfat edib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az təhsil müəssisəsinə istinadən xəbər verir.
Çingiz Əfəndiyev 89 yaşında dünyasını dəyişib. O, 19 sentyabr 1933-cü ildə Bakıda anadan olmuşdur.
Televiziya və radiosistemlər kafedrasının müdiri və Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb, eləcə də Türkiyənin “On Doqquz May” Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib.
Elm xadimi 130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir.