Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ölümlə hədələnir. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Bizim Media-ya istinadən xəbər verir.
Hüquq müdafiəçisi bildirir ki, “Totu” ləqəbli Aysunun durumu ilə bağlı paylaşım edəndən sonra onu ölümlə təhdid etməyə başlayıblar.
“Artıq təhdidlərin məzmunu həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdim”, - deyə o, öz sosial şəbəkə profilində paylaşım edib.
Bir neçə gün öncə Kəmalə Ağazadə sosial şəbəkə hesabında “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını və “Totu” ləqəbli Aysunun 2 il ərzində döyüldüyünü bildirmişdi. Daha sonra “Sevgi evi” qadın və uşaq sığınacağının sahibi Könül Qasımova bu ittihamları təkzib etmişdi.