Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, Tofiq Məmmədov küçəsində təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az xəbər verir.
Hazırda küçədə köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəz olunur. Əraziyə xüsusi texnikalar cəlb olunub. Daha sonra müvafiq nişanlama işlərinin aparılması nəzərdə tutulub.
Sakinlər və sürücülərdən ərazidən keçən zaman diqqətli olmaları xahiş olunur.
[caption id="attachment_66608" align="alignnone" width="800"]
Foto BakuPlus.az[/caption]