Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan sənəddəki hakimlərin adları aşağıdakı kimidir:
- Allahverdiyev Elbəy Hidayət oğlu - Bakı Hərbi Məhkəməsinin hakimi;
- Hüseynov Pərviz Aktiv oğlu - Bakı İnzibati Məhkəməsinin hakimi;
- Qasımov Fərrux Hüseynağa oğlu - Bakı Kommersiya Məhkəməsinin hakimi;
- Abdıyev Fuad Vilayət oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;
- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;
- Bəhrəmzadə Sabit Xanlar oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;
- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
- Səmədov Rəşid Əfraim oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;
- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;
- Axundova Günay Təyar qızı - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;
- Əyyubov Fərid İlham oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi.
Daha 1 nəfər - İlham Məmməd oğlu Cəfərovun səlahiyyətləri uzadılaraq Bakı Apellyasiya Məhkəməsinə yenidən təyin olunub.
Sənəd Milli Məclis tərəfindən təsdiqlənib.