Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb. Bu haqda 1 mart tarixində Report məlumat verib.
Ötən il oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində 64 yaşlı Sərdar Namazov arvadı, 52 yaşlı Gülnarə Namazovanı öldürməyə cəhd etmişdir. Mübahisə zamanı o, arvadının baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurmuşdur. Sərdar Namazov saxlanılaraq istintaqa cəlb olunmuşdur.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin baxış iclası martın 3-nə təyin edilib.