top
Bakıda bəzi göllər abadlaşdırılır, bəziləri isə məhv olur-Yenilənib
27 iyul 2022, 06:10
- ↺ +

Bakıda bəzi göllər abadlaşdırılır, bəziləri isə məhv olur-Yenilənib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Baş Planı layihəsi çərçivəsində paytaxtda bir neçə gölün təmizlənməsi nəzərdə tutulur və onların ətrafında parklar salınır. Amma elə göllər var ki, onların adı layihədə qeyd edilməyib, həmin göllər çirklənib və ya məhv olmaq üzrədir. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Bakı Gündəliyinə istinadən məlumat verir.

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində karxananın yaxınlığında göl yerləşir. Sözügedən göldə balıqlar var, lakin yük maşınları daim zibilləri ora atırlar. Həmin nəqliyyat vasitələrinin yerli icra hakimiyyətinə məxsus olduğu bildirilir.

Həmçinin iddia olunur ki, gölün yerində karxana olub, lakin daha sonra çıxan qrunt sularından göl yaranıb.

Oxşar su hövzəsi Bakının Yasamal rayonunda, “Üç Tac” yaşayış kompleksinin ətrafında yerləşir. Əvvəllər gölün sahilində karxana olub. İki il əvvəl bu gölü qurutmaq, yerində hündürmərtəbəli binalar tikmək istəyənlər var idi. Sakinlərin etirazından sonra işlər dayandırılmışdır və ərazidə parkın salınması planlaşdırılırdı.

Ümumiyyətlə, Abşeronun bəzi qəsəbələrində köhnə daş karxanalarının yerində yaranan süni göllər və ətraf ərazi istirahət zonası kimi istifadə olunmalı idi. Lakin hazırda yalnız bir böyük layihə həyata keçirilib - eyniadlı gölün sahilində Böyükşor parkı yaradılıb.

17:10 - Yenilənib

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi açıqlama verib.

Onun sözlərinə görə, ərazidə artıq təmizlik işləri aparılıb. Onlar, gölə tullantıların atılması ilə bağlı məlumatlarının olmadığını və bu məsələ ilə məşğul olacaqlarını bildiriblər.

Sabunçu rayonu, Maştağa kənd bələdiyyəsi isə bu məsələyə cavabdeh olmadıqlarını bildirib.

İcra hakimiyyəti başçısının Maştağa rayon nümayəndəliyindən verilən məlumata görə, ərazidə sanitar təmizliyə nəzarət zamanı işçilər tərəfindən “Daş karxanası” adlanan ərazidə naməlum şəxslər tərəfindən tikinti materiallarının tullantıları aşkar edilib: “Bununla bağlı Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən əraziyə texnika və işçi qüvvəsi cəlb olunub, qeyd olunan sahə tullantılardan təmizlənib.

Məlumat üçün onu da qeyd edək ki, göstərilən ərazi qəsəbə sakininin şəxsi mülkiyyətində (Çıxarışla) olan torpaq sahəsidir. Buna baxmayaraq, ərazinin sanitar vəziyyəti nəzarətə götürülüb və bir daha bu kimi xoşagəlməz halların təkrarlanmaması üçün müvafiq tapşırıq verilib”.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:04

Kafedə üzərilərinə benzin töküb yandırdı, qapını arxadan bağladı – MƏHKƏMƏ

Xəbər
Bu gün, 15:53

Qida Sənayesi Kollecinin direktorunun bəraət hökmü qüvvədə saxlanılıb

Xəbər
Bu gün, 15:10

Azərbaycanda minimum əməkhaqqına hər il yenidən baxılacaq

Xəbər
Bu gün, 14:46

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Siyasət
Bu gün, 13:45

İlham Əliyev və Mehriban Əliyeva COP31-də iştirak edirlər

Xəbər
Bu gün, 13:25

Kişi sevgilisini işləmək istəməsinə görə döydü

Aktual Xəbərlər
Bu gün, 12:24

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Xəbər
Bu gün, 11:37

Babək prospektində BMW körpüdən aşdı - VİDEO

Xəbər
Bu gün, 11:20

"Gecə evdən gizlicə çıxıb qaraja getdim" – Bakıda 18 yaşlı oğlanın məhkəməsindən detallar

Aktual Xəbərlər
Bu gün, 10:10

Bakının tıxacına son qoyacaq yeni yol tikilir

Xəbər
Bu gün, 09:55

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

Xəbər
Bu gün, 09:48

Qeyri-iş günlərində 72 yanğına çıxış olub, 4 meyit tapılıb

Xəbər
Bu gün, 09:07

Bu gün İslam Rzayevin doğum günüdür

Xəbər
Dünən, 17:48

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
Dünən, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Dünən, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Dünən, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Dünən, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Dünən, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Dünən, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Dünən, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
09 noyabr 2026, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
09 noyabr 2026, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
09 noyabr 2026, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Oxşar xəbərlər