Bakıda “Bir ağac - min nəfəs” aksiyasının davamı olaraq əhaliyə ting paylanacaq. Bu haqda BakuPlus.az bu gün, 30 mart tarixində xəbər verir.
31 mart, saat 11:00-da 4 saylı Bakı DOST Mərkəzində tinglərin paylanması aksiyası keçiriləcək.
Aksiya ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) birgə təşkilatçılığı ilə baş tutacaq.