Bu il Bakıda qeydə alınan cinayətlərin sayı açıqlanıb. Bu haqda 20 iyul tarixində Report məlumat verib.
Bakıda 2022-ci ilin birinci yarımili ərzində 8008 cinayət hadisəsi baş verib. Həmin cinayətlərin 88,9%-nin açılması təmin edilib.
Bakı şəhəri ərazisində qeydə alınan 27 qəsdən adam öldürmə və 6 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.