Paytaxtın Tbilisi prospektində 2 gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu haqda BakuPlus.az Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinə istinadən bu gün, 26 avqust tarixində xəbər verir.
27 avqust saat 08:00-dan 29 avqust 20:00-dək Yasamal rayonu, Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.