Bakıda daha bir geomaqnit qasırğası olacaq. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.
Zəif qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası 24 may tarixi saat 21:00-da güclənəcək.
Qasırğa 26 may saat 21:00-dək davam edəcək.
Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər.