Bakının Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanmaya qarşı reydlər keçirilib. Ümumilikdə 175 nəfər cərimələnib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində keçirilən reydlərdə 90-a yaxın sürücü və 12 qanunsuz olaraq parklama xidməti təşkil edən şəxs cəzalanıb.
Binəqədi rayonunda avtomobillərini parklanmaya icazə verilməyən yerdə saxlayan 73 sürücü cərimələnib.
Qanunsuz parklanma ilə əlaqədar reydlər mütəmadi olaraq davam edəcək.