Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib. Bu haqda 7 sentyabr tarixində APA məlumat verib.
13 yaşlı qız təcavüz nəticəsində hamilə qalıb və bu gün o, ev şəraitində uşaq dünyaya gətirib.
"Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir", - Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.