Azərbaycan Dövlət Dəniz Akademiyası elm xadimlərinin axtarışındadır. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Müəssisə “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrinə dekanlar, "Gəmi elektroavtomatikası” kafedrasına isə müdir axtarır.
Dekan vakansiyası üçün namizədlər kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcəyə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına malik olmalıdırlar.
Kafedra müdiri olmaq istəyənlər isə profilə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb olunur.
Tələb olunan sənədləri buradan baxa bilərsiniz. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.