Bakıda Unibankın ilk rəqəmsal filialı istifadəyə verilib. Bu haqda BakuPlus.az Trend-ə istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Unibank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib.
“Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür.
“Rəqəmsal filial” “Unibank”ın ənənəvi filiallarından konseptinə və görünüşünə görə də fərqlənir. Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan ATM və ödəmə terminalları quraşdırılıb.
Unibank gələcəkdə yeni filialların açılışı zamanı da rəqəmsal konseptə üstünlük verəcək.