Bakı Ağır Cinayətlər Məhkəməsi vəzifəli şəxsləri hədələyən jurnalistlər barəsində yeni qərar verib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Təqsirkarların apellyasiyasına baxılıb və “Cia.az” xəbər portalının rəhbəri Asəf Novruzov və əməkdaşı Məhsud Səfərovun azadlıqdan məhrum edilmə cəzası dəyişdirilərək 7 ildən 5 ilə endirilib.
Onlar müxtəlif vəzifəli şəxsləri hədələyərək, barəsində rüsvayedici məlumatların dərc ediləcəyini vurğulayıb pul tələb edirdilər.