Azərbaycanın Xalq artisti, məşhur bəstəkar Tofiq Quliyevin abidəsinin quraşdırılması işlərinə başlanılıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Bildirilir ki, abidənin yaxın zamanda ucaldılacağı gözlənilir. Abidə köhnə “Bakı” mehmanxanasının yerində salınmış Muğan bağında yerləşdiriləcək.
Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.
Azərbaycan bəstəkarı, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev 1917-ci ildə Bakının Bilgəh kəndində anadan olub.