Bakı Metropoliteninin “Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər “Nizami” stansiyasında düşürülüblər. Bu haqda 6 sentyabr tarixində Report "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən məlumat verib.
Onun sözlərinə görə, qatar texniki baxışdan keçmək üçün depoya göndərilib və xəttə ehtiyat qatar buraxılıb.
İntervaldan əlavə gecikmə 2 dəqiqə olub.