Bakı Metropoliteni daha bir qatarı modernləşdirərək xəttə buraxıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 23 avqust tarixində xəbər verir.
Modernizasiya Rusiyanın Sankt-Peterburq şəhərinin “Spetsavtomatika” Mühəndis və İstehsal Mərkəzinin layihələri əsasında yerinə yetirilib. Təmir, sazlama və sınaq işləri zamanı, ehtiyac yarandıqda, layihə müəllifləri ilə audiovizual rabitə qurularaq müzakirələr, fikir və təcrübə mübadiləsi aparılıb.
Hazırda daha bir qatarda yuxarıda sadalanan modernləşdirmə yeniliklərinin tətbiqi ilə orta təmir işlərinə başlanılıb.
İlin sonuna qədər daha bir qatarın orta təmiri və modernizasiyası nəzərdə tutulub.