Bakı prokurorluğunun 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 1 nəfər isə işdən çıxarılıb. Bu haqda 20 iyul tarixində Report məlumat verib.
2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının bir neçə əməkdaşı əmək və icra intizamını pozublar. Nəticədə 6 nəfər intizam məsuliyyətinə cəlb edilib, onlardan 2 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.