Bakı şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Trend.az xəbər verir ki, kişi həyat yoldaşı Aysel Əfəndiyeva və 4 yaşlı oğlu İlham Əfəndiyevi liftdə çoxsaylı bıçaq zərbələri ilə yaralayıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.
Cinayətin səbəbləri hələlik məlum deyil və polis hadisə ilə bağlı araşdırma aparır.