Bakıda 55 yaşlı kişi tanışını bıçaqlayıb.
Apa.аz xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
1970-ci il təvəllüdlü Ağa Cəfərov Biləcəri qəsəbəsində yerləşən kafenin qarşısında 1973-cü il təvəllüdlü Nüsrət Həsənovu bıçaqlayıb.
Binəqədi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş Ağa Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.