Bakıda neçə gündür ki, davam edən külək Bakı sakininin ölümünə səbəb olub.
Bakuplus.az xəbər verir ki, bu barədə məlumatı Facebook statusunda gənc yazıçı Emin Akif paylaşıb.
Emin Akif yazıb ki, üç gündür davam edən külək dostunun atasının canını alıb: “Külək adamı vurub salıb yola - avtobusun altına, dünyasını dəyişib. Dəhşətli hadisədir. Ölüm belə də gələ bilir. Allah atana rəhmət eləsin, Zaur! Ağır itkidir...Özünüzdən muğayat olun, dostlar!”