top
Yeni Suraxanını üfunət bürüyüb – FOTO/VİDEO   
07 mart 2025, 01:24
- ↺ +

Yeni Suraxanını üfunət bürüyüb – FOTO/VİDEO  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hövsan kanalının Yeni Suraxanı qəsəbəsi yaxınlığından açıq şəkildə keçən hissəsindən ətrafa pis qoxu yayılır.

Bu barədə Bakuplus.az-a qəsəbə sakini Ələddin Xələfli məlumat verib.

Ələddin Xələfli bildirib ki, bu kanalla neft-mədən və çirkab suları axır. O deyib ki, Binədən kanalizasiya suları da bu kanala vurulur.

Xələflinin sözlərinə görə, bütün qəsəbəni üfunət bürüyür: “Yay aylarında qapı-pəncərəni açmaq olmur. Üfunət hər yeri bürüyür. Bu kanal qəsəbənin şimal hissəsində də, 1700 metr məsafədə axırdı. Biz bu məsələni qaldırdıq, müvafiq qurumlar tədbir gördülər, 1700 metr məsafəni üstü bağlı yer elədilər, beton örtüklə örtdülər. Amma kanalın bu hissəsindəki problemi heç kim həll etmək istəmir. Özü də bu neft-mədən və çirkab suları Hövsanda dənizə tökülür. Bütün rəsmi qurumlara müraciət etmişik, “Azərsu” deyir bizlik deyil, kanal “SOCAR”ın balansındadır, onlar da deyir ki, biz artıq ora su vurmuruq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə gəlib, mənim də iştirakımla əraziyə baxış keçirilib, müzakirələr aparmışıq, onlar da deyir ki, biz ancaq cərimə yaza bilərik, başqa bir imkanımız yoxdur. Qurumların hamısı öz boyunlarından atırlar bu işi. Heç kim məşğul olmaq istəmir. Hələ üstəlik Binədən şambo avtomobillər çirkabı ora boşaldırlar. İydən dayanmaq olmur. Neçə ildir əziyyət çəkirik, əlac edən yoxdur”.

Onu da qeyd edək ki, Ələddin Xələfli problemlə əlaqədar Azərbaycan Respublikası Baş nazirinə də müraciət ünvanlayıb. Baş nazir isə müraciəti araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərib. Bundan başqa millət vəkili Sevinc Fətəliyeva tərəfindən də sözügedən nazirliyə müraciət ünvanlanıb.

Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Xələfliyə bir neçə gün öncə göndərilmiş məktubda bildirilir ki, ötən dövr ərzində nazirlik əməkdaşları tərəfindən görülmüş nəzarət tədbirləri zamanı Hövsan kanalına tullantı suları axıdan və kanalı müxtəlif çeşidli tullantılarla çirkləndirən hüquqi, vəzifəli və fiziki şəxslər barəsində inzibati tədbirlər görülüb, bu kimi halların qarşısının alınması üçün qurum tərəfindən aidiyyəti qurumlara müraciət məktubları ünvanlanıb:

“Eyni zamanda Hövsan kanalının “Balakhani Operatinq Company LTD” şirkətinin istifadəsində olduğunu nəzərə alaraq kanalın tullantı suları və qarışıq tullantılarla çirkləndirilməsi hallarının  qarşısının alınması məqsədilə onun açıq şəkildə keçən hissələrinin qapalı sistemə keçirilməsi üçün sözügedən şirkətə məktublar göndərilib. Lakin kanalın üzərinin qapadılması istiqamətində heç bir tədbirin görülmədiyi müəyyən edilib. Odur ki, Hövsan kanalından ətrafa yayılan iy-qoxunun və tullantılarla çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə kanalın Yeni Suraxanı yaxınlığından açıq şəkildə keçən hissəsinin qapalı sistemə keçirilməsi üçün idarə tərəfindən “SOCAR Upstream Management İnternational” MMC-yə məktub ünvanlanıb”.

Kamran Rza

Son xəbərlər

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Oxşar xəbərlər