Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektinin S.S.Axundov küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidi təmir olunur. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Azəravtoyola istinadən xəbər verir.
Hazırda sıradan çıxan eskalatorun ehtiyat hissələri dəyişdirilir. Təmir işləri bir neçə gün davam edəcək. Bununla əlaqədar infrastruktur müvəqqəti fəaliyyət göstərməyəcək.
Qurum yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyir.
[URIS id=37620]