Binəqədi İcra Hakimiyyətinə yeni müavin təyin olunub. Bu haqda Report xəbər verib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri Leysan Məmmədov vəzifəsindən azad olunaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.
L.Məmmədov ötən ilin yayına qədər Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.