Paytaxtın Binəqədi rayonunda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı aşağıdakı məntəqələrdə qanun pozuntuları aşkarlanıb:
- Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi - 6 məntəqə;
- Binəqədi qəsəbəsi, 3-cü Mədən küç., 120-ci korpus, ev 5 - 1 məntəqə;
- Binəqədi rayonu, “Gülüstan” yaşayış massivi - 1 məntəqə;
- Binəqədi qəsəbəsi, Orxan Cabbarov küçəsi - 1 məntəqə;
- Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi - 1 məntədə;
- Binəqədi qəsəbəsi, “DSK yolu” adlanan küçə - 1 məntəqə;
- Binəqədi qəsəbəsi, 1-ci Mədən küç., 44-cü korpus - 1 məntəqə;
- Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad dairəvi yolu - 2 məntəqə;
- Binəqədi qəsəbəsi, 1-ci Mədən küç., 9-cu korpus - 1 məntəqə;
- Binəqədi qəsəbəsi, yeni yaşayış massivi - 1 məntəqə.
Qeyd olunan obyektlərin sahibləri məsuliyyətə cəlb olunub. Məntəqələrdə quraşdırılan dəmir konstruksiyalar sökülüb.
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin aşkarlanması istiqamətində tədbirlər davam etdiriləcək.