Bakıda ağacı qanunsuz budayan şəxs cəzalandırılıb. Bu haqda 2 iyun tarixində Report məlumat verib.
Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi 38 ünvanında yerləşən tut ağacını qanunsuz olaraq budayıb. Ərazidə yaşayan sakinlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə zəng edərək şikayətlərini bildiriblər. Hadisə yerinə gələn əməkdaşlar ağacın gövdəsinin üst hissəsinin sərt budandığını müəyyən ediblər.
Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib.