Bakı Nəqliyyat Agentliyi (BNA) şikayət olunan 165 saylı avtobuslarda monitorinq keçirib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Marşrutun istismarçısı "Çinar-Trans" MMC-yə avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi barədə tapşırıqlar verilib. Həmçinin sərnişindaşıma xidməti göstərən digər şirkətlərə də xəbərdarlıq məktubu göndərilib.
Sərnişinlər 165 nömrəli marşrut xəttinin avtobuslarının gecikdikləri və nəqliyyat vasitələrinin baxımsız olduğu barədə narazılıqlarını bildirmişdilər.