“Bravo” supermarketlər şəbəkəsi park yerlərini ödənişli edib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Yayılan şəkillərdə görsənir ki, avtomobili 2 saat müddətinə ödənişsiz park etmək mümkün olacaq. Daha uzun müddətlik qalan avtomobillərin sahibləri saat başına ödəniş etməli olacaqlar.
10-24 saat arası saxlayan avtomobillərin sürücüsü 10 AZN ödəniş etməli olacaqlar.