Sumqayıt-Bakı qatarı pik vaxtı gecikib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bu gün 08:30-da Bakıya çatmalı olan qatar stansiyaya 16 dəqiqa gecikmə ilə çatıb. Həmçinin sərnişin sıxlığı da narazılığa səbəb olub.
3 sentyabr tarixindən etibarən aparılan təmir işləri ilə əlaqədar Bakı-Sumqayıt-Bakı qatarlarının cədvəlində dəyişikliklərin edilməsi ilə bağlı məlumat verilmişdir.