Məşhur Naomi Kempbell Bakıya gəlib.
Qafqazinfo xəbər verir ki, britaniyalı supermodel Naomi Kempbell “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
O həmçinin, Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Naomi Kempbelli mərkəzdə yaradılan şərait, Azərbaycanın tarixi və mədəniyyət nümunələri ilə yaxından tanış edib.