Dövlət Pantomima Teatrının direktoruna ölkədən çıxışına qadağa qoyulub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Araşdırma zamanı məlum olub ki, teatrın 150.000 AZN vergi borcu var. Hazırda məhkəmə prosesi gedir və bu səbəbdən mədəniyyət ocağının direktoru Elman Rəfiyevə ölkədən çıxmaq qadağan edilib.
O, 2009-cu ildən bu vəzifədə çalışır.