Bakıda keçirilən “Formula 1” yarışında könüllü kimi iştirak edən 5 nəfər Fransa qran-prisini canlı izləyib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
Onlar Paris şəhərini gəziblər, daha sonra, yarış zamanı Fransa könüllülərinin işini və qran-prinin təşkil olunması prosesini yaxından izləyiblər. Həmçinin yarışa canlı baxıblar.
Hər il, ənənəvi olaraq, Bakıda keçirilən “Formula 1” yarışından sonra ən fəal könüllülər arasında müsabiqə keçirilir. Konkursdan keçən 5 nəfər dünyada keçirilən qran-prilərdən birində iştirak etmək şansı qazanırlar.