Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsindən keçən 2 avtobus xəttinin marşrutu dəyişib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Ərazidə aparılan kanalizasiya kollektorunun inşası ilə əlaqədar bu gün hərəkətə məhdudiyyət qoyulacaq. Bununla bağlı 173A və 179 saylı avtobuslar müvəqqəti olaraq K.Kərimov küçəsi-Dənizkənarı yol-M.Mirqasımov küçəsi ilə hərəkət edəcəklər.