Mərhum xanəndə, şair və qəzəlxan Hacıbaba Hüseynovun qavalı satışa çıxarılıb. Bu haqda BakuPlus.az ATV telekanalına istinadən bu gün, 2 avqust tarixində xəbər verir.
Xanəndənin qızı onun qavalını nə az, nə çox, 100 min manata satır.
O, maddi durumlarının yaxşı olmaması səbəbindən qavalı satmaq qərarına gəldiyini açıqlayıb.
Bildirilib ki, Hacıbaba Hüseynov vəsiyyət edərkən qavalının muzeyə verilməməsini istəyib. Sənətkarın qızı və nəvəsi, həmçinin qavala Mələkxanım Əyyubova və Zabit Nəbizadə kimi xanəndələrin sahib olmasını istədiklərini qeyd ediblər.
[caption id="attachment_54937" align="alignnone" width="300"]
Foto Atv-nin rəsmi Youtube kanalı[/caption]