Paytaxt ilə çimərlikləri əlaqələndirən avtobus fəaliyyətini dayandırır. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
5 sentyabr tarixindən etibarən Mərdəkan çimərliyindən Şüvəlan – Buzovna yolu ilə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini (NMM) əlaqələndirən “M10” nömrəli marşrut xətti fəaliyyətini dayandıracaq.
Bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.