Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Hidrometeoroloji Proqnozlar Bürosu əhalini Abşeron çimərliklərində diqqətli olmağa çağırıb. Bu haqda bu gün, 28 iyul tarixində Report məlumat verib.
Bürodan verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.