top
İnternetdə tanış olduğu şəxs evindəki duzqabıya kimi satdırdı...
14 fevral 2025, 00:07
- ↺ +

İnternetdə tanış olduğu şəxs evindəki duzqabıya kimi satdırdı...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günlərdə külli miqdar təşkil edən və bir o qədər də qəribə dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

Qafqazinfo.az-ın məlumatına görə, bu “dələduzluq əsəri”nin qəhrəmanları uzun illərdir Bakıda kirayə qalan qadın və onun internetdə tanış olduğu kişi ilə ailəsidir.

Cinayət işində qadın aldadan, digərləri isə aldanılanlardır.

40 yaşlı Jalə Səmədova (ad və soyadlar şərti) zərdablı Namiqlə bir neçə il əvvəl “Odnoklassniki”də tanış olub. Həmin vaxt Jalə başqası ilə evli olmasına baxmayaraq, Namiqin davranışları onu cəlb edib. Əvvəl özünü başqa adla təqdim edən xanım bir müddət sonra ərindən ayrılaraq onunla münasibət qurub.

Hər şey bundan sonra başlayıb. İstintaq materiallarında yazılıb ki, Jalə münasibətdə olduğu müddətdə Namiqin anası və bacısının da etibarını qazanıb. Bir müddət sonra qadın Namiqin Zərdab rayonundakı evini satdığını bilərək fəaliyyətə keçib. O, ailəni rayonda satdıqları evin pulu ilə kredit şərti də daxil olmaqla, Bakıda iki ünvanda mənzil almağa kömək edəcəyinə inandırıb. Həmin mənzillərin də şəhərin mərkəzində - “Elmlər Akademiyası” metrostansiyasının yanında olacağı deyilib.

Bu vədlə təqsirləndirilən şəxs Namiqin anasından Abşerondakı evində 87 min 800, bacısından isə 43 min 800 manat pul alıb. Ziyan bununla da bitmir. Pulun üstünü düzəltmək üçün ana və qızı evlərindəki bütün əşyaları - şalvar, ayaqqabı, hətta külqabı və duzqabıya kimi satıblar. Topladıqları nə az-nə çox - 143 min manatın hamısını evləri alması üçün Jaləyə veriblər.

Jalə isə ailənin belə desək, qara qəpiyinə kimi ələ keçirdikdən sonra aradan çıxıb. Həmin pulları da şəxsi mənafeyinə xərcləyib.

Zərərçəkmiş şəxslərin polisə şikayətindən sonra təqsirləndirilən şəxs istintaqa cəlb edilib. Amma ilk gündən həbs edilməyib, məhkəmənin sonuna qədər polis nəzarəti şərti ilə azadlıqda qalıb.

Cinayət işini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.

Amma xanım özünü təqsirli bilməyib. Dediyinə görə, Namiqlə münasibət qurduqdan sonra anası və bacısı ilə də tanış olub. Həmin vaxt parfümeriya satışı ilə məşğul olduğu üçün onlardan faizə pul götürürmüş. Hər ay da zərərçəkmişlərdən aldığı pulu faizi ilə qaytarıb. Amma onlara ev almaqla bağlı heç vaxt vəd verməyib. Sadəcə maddi vəziyyəti pisləşdiyi üçün faizi ödəyə bilməyib. Sonradan pulu qaytarması üçün ona hədə-qorxu gəliblər. Son olaraq ailəyə 19 min 750 manat borcu qalıb. Onu da qaytarmaq istəsə də, faizi ilə birgə istədikləri üçün imtina ediblər.

Zərərçəkmiş ana və qızı isə təqsirləndirilən şəxsin onlara pul qaytarmadığını deyərək şikayətçi olub.

Hakimlər dəlil və sübutları araşdırdıqdan, tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamı əsaslı hesab ediblər. Hökmə əsasən, Jalə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər