top
İş həyatının açarı olan CV necə hazırlanmalıdır? – MÜTƏXƏSSİSLƏR DANIŞDI
13 fevral 2025, 09:00
- ↺ +

İş həyatının açarı olan CV necə hazırlanmalıdır? – MÜTƏXƏSSİSLƏR DANIŞDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaşadığımız müddətdə ən önəmli məsələlərdən biri iş həyatına doğru atılan ilk addımdır. Qarşımıza çıxan vakansiya və iş elanlarını gələcəyə açılan qapı kimi görsək, CV onun açarı rolunu oynayır.

Bəzən günlərlə, hətta aylarla özümüzə uyğun iş axtarışlarına çıxırıq. Tapdıqdan sonra işə qəbul məsələsi başlayır. Burda isə həlledici rolu tərtib etdiyimiz CV oynayır. Amma CV-də səhv varsa, ya da düzgün tərtib olunmayıbsa, həmin qapı bizim üçün bağlı qala bilər.

Maraqlıdır, gələcəyə açılan iş qapısının açarı olan CV necə hazırlanmalıdır?

CV tərtibatçısı Nicat Qarayev Bakuplus.az-a açıqlamasında deyib ki, işəgötürən CV-yə 6-7 saniyə ərzində baxır:

“CV reklamdır. Məsələn, biz məhsulun reklamına baxıb, tanış olub, sonra alırıq. Təbii ki, bacarığı olan şəxslərin CV-si hazırlanır. Sadəcə bacarığı olan, özünü düzgün ifadə edə bilməyən şəxslərin CV-si elə hazırlanmalıdır ki, diqqət cəlb etsin.

İşəgötürən göndərilən hər CV-yə 6-7 saniyə baxır. İlk baxışda onlar CV-nin ümumi tərtibatına, struktura, uyğun açar sözlərə və aydın şəkildə ifadə olunmuş iş təcrübəsinə diqqət edirlər. Bu səbəbdən diqqət çəkməsi üçün onun qısa və konkret, vizual baxımdan səliqəli olması vacibdir”.

İnsan resursları üzrə mütəxəssis Rüfət Hacıyevin fikrincə, ölkəmizdə CV-yə yanaşma düzgün deyil:

“Beynəlxalq təcrübədə namizədin korporativ və kollektivə nə qədər fayda verəcəyinə diqqət ayırırlar. Buna görə də müsahibə mərhələsi CV-dən daha vacib hesab olunur. Çox vaxt deyirlər ki, insanın işə qəbul olunması üçün ideal CV olmalıdır. Lakin CV hər bir şeyi göstərə bilməz.

Bəzən olur ki, insanın çox böyük iş təcrübəsi var, lakin müsahibədə, iş mühitində toksik olsun. Bu zaman həmin insan çox az şans qazanır. Ona görə düşünürəm ki, işi olmayan və iş təcrübəsi az olan şəxslər CV-ni daha dolğun hazırlamalıdır”.

Bu da belə... İşə qəbul prosesi sadəcə CV ilə məhdudlaşmasa da, onun iş həyatında önəmi danılmazdır.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər