top
İtlərin qurban kəsildiyi gün necə sevgililərin bayramına çevrildi?   
14 fevral 2025, 05:20
- ↺ +

İtlərin qurban kəsildiyi gün necə sevgililərin bayramına çevrildi?  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

14 fevral dünyanın bir çox ölkələrində Müqəddəs Valentin Günü, yaxud Sevgililər Günü kimi qeyd edilir.

Açıq mənbələrdə Valetinin III əsrdə Roma rahibi olduğu bildirilir. Qeyd edilir ki, Roma imperiyasına başçılıq edən İmperator II Kladius əxlaqi dəyərlərə önəm verən bir imperator imiş və o, ordunun güclənməsi, nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan edib. Valentin imperatorun “Luperkalia” bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edib. “Luperkalia” bayramında romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.

Bəzi iddialara görə isə bu bayramda keçilər və itlər qurban kəsilirmiş, yarıçılpaq gənclər keçi dərisinin bir hissəsini götürüb Roma küçələrində gəzirmişlər. Hamilə qadınlar da uğur gətirəcəyini düşünərək özləri üçün keçi dərisi götürürmüş. Kladius da bu “vəhşi adəti” qadağan edib.

Valentinin Kladiusun qadağasına əməl etməməsi, gizli olaraq bayram təşkil etməsi imperatorda qəzəb yaradır, rahibin bu hərəkətlərindən xəbər tutaraq onu zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir.

Yenə açıq mənbələrdə qeyd edilir ki, rahib Valentin həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” tipli məktublar yazıb. Bu fakt Valentinin homoseksual olduğu şübhələrini yaradıb. Valentinin gizli şəkildə homoseksuallarla görüşdüyü haqqında da iddialar mövcuddur. Onun məhz bu səbəbdən təhqiramiz şəkildə öldürüldüyü də müxtəlif mənbələrdə iddia edilir. Maraqlı məqamlardan biri də odur ki, qədim Yunanıstanda və Romada kişilər qadınları ikinci, üçüncü dərəcəli şəxs hesab edir, buna görə də onlarla münasibət qurmağı özlərinə yaraşdırmırmışlar. Bu səbəbdən də kişilərin kişilərlə münasibət qurması halları çoxalıbmış. Böyük ehtimalla, Klaudisin qadağası da məhz homoseksuallığın qarşısının alınması ilə bağlı imiş. Dediyimiz kimi Valentinin təhqiramiz formada öldürülməsi də bu iddialara haqq qazandırır.

Çox vacib detallardan biri də odur ki, qədim Romada daha iki Valentin adlı rahibin öldürülməsi iddiaları var. Bu isə Valentinin real tarixi şəxsiyyət olması, 14 fevralın tarixi əsası olması ilə bağlı şübhələr yaradır.

Məhz 14 fevral tarixinin Sevgililər Günü kimi qeyd edilməsində ingilis şairlərinin rolu da az deyil. Onların bədii təsvirləri Valentin Gününün məşhurlaşmasında az rol oynamayıb.

Qeyd edək ki, 14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir.

Müqəddəs Valentin gününün bu qədər populyarlaşmasında iri şirkətlərin rolu da az deyil. 14 fevralın bu şəkildə qeyd edilməsi, insanların bir-birinə hədiyyə alması onlara milyard dollarla vəsait qazandırır.

Valentin Gününüz mübarək. Bazar olsun!

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər