"Malaysia Airlines" aviaşirkətinə məxsus, London-Kuala-Lumpur reysini həyata keçirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enib. Bu haqda bu gün, 5 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata əsasən, təyyarənin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən təcili eniş sorğusu göndərib.
Təyyarə yerli vaxtla saat 06:25-də Bakı Hava Limanına enib.
Sərnişinə tibbi yardım göstərilib, daha sonra isə o, Bakıdakı tibb klinikalarından birinə yerləşdirilib.