top
Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
08 iyul 2026, 17:35
- ↺ +

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda biznes adı ilə 3 milyon manata yaxın dələduzluq etməkdə ittiham olunan ortaqlardan biri özünü öldürüb, digəri həbs edilib.

 Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

50 yaşlı Zaur Mövlamov biznesmen tanışı Nizami Həsənovla əlbir olaraq iki nəfərin 2 milyon 560 min manat pulunu ələ keçiriblər.

Əsas zərərçəkmiş isə Rasim Aslanovdur. Rasim təqsirləndirilən şəxslərin siqaret biznesinə sərmayə yatırmaq və yüksək gəlir qazanmaq üçün 2 milyon 430 min manat pul qoyub. Digər zərərçəkmiş Musa Əliyev isə eyni niyyətlə 110 min manat pul verib.

Rasimlə Musa sonuncu dəfə aldadılsalar da, əvvəllər bu biznesdən böyük pullar qazanıblar.

Zaur Mövlamovun sözlərinə görə, əvvəllər işləri yaxşı gəlir gətirirmiş. Əsasən Dubaydan ucuz qiymətə aldıqlarını Bakıya gətirərək baha satıblar. Lakin sonradan işlərində problem yaranıb, yatırılan pullar da batıb. Amma Mövlamov özünü tam təqsirli bilməyib, işi aparan əsas adamın Nizami Həsənov olduğunu deyib. O özünü əsasən vasitəçi qismində görüb. Elə cinayət əməlinə görə də birlikdə məsuliyyətə cəlb olunublar, istintaqın ortasında Nizami özünü asaraq intihar edib.

"3-cü gün Nizamiyә zәng etdim, lakin zәng çatmadı. Bir müddәt sonra atası zәng edib Nizaminin özünü asdığını dedi. Bunu eşidəndə şok oldum, dərhal Nizamigilin Bilgәhdәki bağ evinә getdim. Nizaminin yerdә üstü örtülü halda meyitini gördüm", - Z.Mövlamov deyib.

Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, yas mərasimindən sonra Nizaminin atası ilə danışıb, mərhum oğlunun borcu olduğunu deyib. Lakin bu da bir nəticə verməyib. Hətta sonradan çox pis vəziyyətə düşüb, 200 manata belə ehtiyacı olub.

Sonradan şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Araşdırma nəticəsində Zaur Mövlamov polis müstəntiqinin vəsatəti əsasında həbs edilib, Nizami barəsindəki cinayət işinə isə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib.

Zərərçəkmiş şəxslər isə indi pullarını Zaurdan tələb edirlər. Onlar məhkəmədə şikayətçi olduqlarını, pullarını geri istədiklərini deyiblər. Əlavə olaraq ağır cəza tələb ediblər.

Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamı sübuta yetirilmiş hesab edib.

Hökmə əsasən, Zaur Mövlamov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. Bundan əlavə, zərərçəkmişlərin mülki iddiaları da təmin olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs vurduğu ziyanı zərərçəkmişlərə geri ödəməlidir.

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Oxşar xəbərlər