Müğənni Ayan Babakişiyevanın marketdən aldığı şokoladdan qurd çıxıb.
Bakuplus.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, bu gün "Bazarstore"dan aldığı şokolad köhnə çıxıb: "Buna baxın, aralayıram, içindən nələr çıxır. Əməlli, bildiyiniz qurddur. "Bazarstore"la heç bir problemim yoxdur, hər zaman buradan alıram. Amma xoşagəlməz haldır. Bir dəfə də belə hal yaşamışdım".